EN
Zaqatala, Yuxarı Tala kəndi

Fındıq qırılma prosesi
Bu proses zamanı çeşidlənən fındıq ayrı ayrılıqda olan ölçülər üzrə sındırma daşlarına verilir.Sındırılmış fındıq məhsulu qabığından ayrılır və fındıq ləpəsi ləpə şəklində ləpə çeşidləmə xəttinə ötürülur.
İlkin emal prosesi
Bu proses zamanı fındıq məhsulu qurudulması üçün qurutma çənlərinə doldurulur. Burada məhsul 7%, 7,5% qədər nəmliyi düşürülür.
Ləpə çeşidləmə xətti
Burada sındırılmış ləpə təkrar olaraq tozdan təmizlənir və ləpə çeşidləməyə verilir.Fındıq ləpəsi 9-11, 11-13, 13-15 və 15-17 mm-lik ölçülərlər üzrə ayrı ayrılıqda ləpə çənlərinə doldurulur. Daha sonra fındıq ləpəsi ayrı-ayrı ölçülər üzrə ləpə aşılama bölməsinə göndərilir, burada işçilər tərəfində fındıq ləpəsi xüsusi lentalar vasitəsi ilə görünən və gizli çürüklər aşkarlanır, daha sonra qablaşdırma bölməsinə göndərilir.
Sağlamlıq və qida mənbəyi

Partnyorlar