EN
Zaqatala, Yuxarı Tala kəndi

Ümumi Məlumat

"Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyəti 20.07.2011-ci ildən fəaliyyət göstərir.

Müəsissənin fəaliyyət istiqaməti fındıq ləpəsinin istehsalı və ixracı, Rusiya və Avropa bazarlarına çıxmaqla ixrac potensiyalını ildən ilə gücləndirməkdir.

Bununla yanaşı müəssisəmizin istehsal etdiyi fındıq ləpəsini keyfiyyət baxından yüksək standartlara çatdırmaq və istehsal gücünü daha da artırmaqdır. "Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyəti ixracla yanaşı daxili bazara da keyfiyyətli məhlus satışı ilə məşğul olur.

"Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyəti hər il istehsal etdiyi məhsullar keyfiyyət standartlarından keçbir və aidiyyati üzrə uyğunluq sertifikatı ilə təmin olunur.

Missiyamız

"Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyəti -nın əsas missiyası istehsal etdiyi məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətliliyinin artırılmasında dünya təcrübəsinin özündə cəmləşdirmək, bu yöndə İSO 22000-2005 lahiyyəsi üzrə hərəkət edərək qida təhlükəsizlik siyasətini formalaşdırmaq, İSO 22000-2005 standartlarını məhsulun istehsalında tədbiq etməkdir.

Peşəkarlıq

Bizim siyasətimiz müştərilərimizlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə əsaslanır. Biz hər zaman müştərilərimizə dəstək olmağa, onların problemlərinin həllində peşəkar yardım göstərməyə hazırıq. Peşəkar xidmət, yerli və beynəlxalq qurumlarla yaradılan möhkəm əlaqələr, güclü texniki baza - bütün bunlar bizim fəaliyyətimizin sabit və etibarlı olmasını təmin edir.

Məsuliyyət

Göstərdiyimiz xidmətlərin etibarlı olması baxımından məsuliyyətimizin nə olduğunu bilərək hərəkət edirik.


2011
Rusiya
251000 kq (251ton)
2014
Rusiya
1254000kq (1254 ton)
2015
Almaniya
176000 kq (176 ton)
2016
İtalya
44000 kq (44 ton)

Dəyərlərimiz

Qarşılıqlı hörmət: Biz kimliyindən asılı olmayaraq bütün insanların ləyaqətinə hörmətlə yanaşırıq. Biz öz iş yoldaşlarımıza ailə üzvlərimiz kimi yanaşır, kollektiv fəaliyyətin əhəmiyyətinə və işçilər arasında sıx əməkdaşlıq zəminində inkişafa nail olmağın mümkünlüyünə inanırıq.

Keyfiyyət

Keyfiyyət məsələlərində heç bir zaman güzəştə getmədən fəaliyyət göstərmək bizim əsas prinsipimizdir. Bu prinsipə sadiq qalaraq biz müştərilərimizin məmnunluğuna nail olmağa, fəaliyyətimizdə sabit liderlik mövqeyi qazanmağa, yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafımızda toplamağa və onlarla birlikdə inkişaf etməyə çalışırıq.

Komanda çalışması

Həyata keçirilən fəaliyyətləri bir nəfərin fəaliyyəti olaraq görmür, bütün qrupun işi olaraq qiymətləndiririk. Komanda daxilində özünü təkmilləşdirmə prinsipinə üstünlük verir, müvəffəqiyyətə birlikdə nail olacağımıza inanırıq.

Zəmanət

Biz xidmətlərimizə öz adımızdan zəmanət veririk.


2012
Rusiya
354000kq (354 ton)
2015
Rusiya
251000 kq (251 ton)
2015
Dubay
20000 kq (20ton)
2016
Almaniya
820000 kq (820 ton)

Yenilikçilik

Biz gördüyümüz işlərin müasir standartlara uyğun və yüksək səviyyədə olması üçün hər zaman yeniliklər axtarmaqda və yaradıcı keyfiyyətlərimizi inkişaf etdirməkdəyik.

Fərqlilik

Biz öz fəaliyyətimizdə texnoloji yenilik və inkişafa uyğun olaraq yüksək standartlar tətbiq edirik. Biz işimizi yüksək səviyyədə başa çatdırır və öz işimizlə gələcəyə nümunə olmağa çalışırıq.

Beynəlxalq əlaqələrimiz

"Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyəti geniş beynəlxalq əlaqələrə malikdir, Avropa və Asiyanın bir çox aparıcı şirkətləri ilə keyfiyyət və idarəetmə sahəsində sıx əməkdaşlıq edirik.

"Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyətinın beynəlxalq əlaqələrində ABŞ-ın, Türkiyənin, MDB üzvü olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərqi Avropanın aparıcı şirkətləri ilə, həmçinin yüksək nüfuza malik beynəlxalq şirkətlərlə münasibətlərə üstünlük verir.

Hal-hazırda keyfiyyət və idarəetmə üzrə dünyanın müxtəlif şirkətləri ilə biznes əməkdaşlıq əlaqələrinə malik olan "Khan-EL" Məhdud Məsuliyyətli Cəmiyyəti, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə də aktiv iştirak edir.


2013
Rusiya
374000kq (374 ton)
2015
İtalya
682000 kq (682 ton)
2016
Rusiya
400000 kq (400 ton)
+6000 İllik satış
+20 il Fındıq istehsalı
4,500 m2 İstehsal ərazisi
+ 400 İşçi qüvvəsi

Partnyorlar